Sahib Məmmədov Məmməd oğlu

Sahib Məmmədov Məmməd oğlu

İqtisad elmləri namizədi, dosent

رابط Avesis

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Məmmədov Sahib Məmməd oğlu 20 noyabr 1967-ci ildə Azərbaycan Respublikasının Babək rayonunun Qaraqala kəndində anadan olmuşdur.
1994-cü ildə M.V.Frunze ad. İvanovo Toxuculuq İnstitutunu (indiki İvanovo Toxucucluq Akademiyası, İvanovo şəhəri Rusiya Federasiyası) bitirmişdir.
1994-1997-ci illərdə İvanovo Dövlət Toxuculuq Akademiyasının (İvanovo şəhəri, Rusiya Federasiyası) aspirantı olmuş,
1999-cu ildə İvanovo Dövlət Universitetində (İvanovo şəhəri, Rusiya Federasiyası) namizədlik dissertasiysını  müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

 

1998-1999-ci illərdə İvanovo Dövlət Toxuculuq Akademiyasında iqtisadi-informasiya mərkəzində mühəndis vəzifəsində, 1999-2000-ci illərdə İvanovo Dövlət Toxuculuq Akademiyasının “Menecment” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
2000-ci ilin sentyabr ayından 2005-ci ilin fevralına kimi Azərbaycan Dövlət İqtisad Universtetinin “Ümumiqtisad” kafedrasında baş müəllim, dosent vəzifələrində çalışıb.
2005-ci ilin fevral ayından  2020-ci ilə kimi “Müəssisənin iqtisadiyyatı” kafedrasında dosenti olub.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.

35-dən artıq elmi-metodiki əsərin müəllifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI