Sara  Cəlilova

Sara Cəlilova

tərcüməçi (rus dili üzrə)

رابط Avesis
 +(994) 12 440-80-76

Cəlilova Sara Sabir qızı 28 oktyabr 1954-cü ildə Bakı şəhərində doğulmuş, 1972-ci ildə Lenin rayonu (indiki Sabunçu rayonu) 198 saylı orta məktəbi bitirmiş, həmin il M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olmuş, 1976-cı ildə  rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 

1976-1979-cu illərdə təyinat üzrə Qutqaşen rayonu (indiki Qəbələ rayonu) Bum kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi, 1979-1984-cü illətdə Bakı şəhəri Sabunçu rayonu İcraiyyə Komitəsində təlimatçı və müfəttiş vəzifələrində işləmişdir. 1984-1988-ci illərdə Moskva şəhərində Moskva Baş Sənaye Tikinti idarəsində pedaqoq, 1988-2001-ci illərdə Bakı şəhəri “Baştəmirtikinti” idarəsində sosioloq vəzifələrində işləmişdir. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Rus dili kafedrasında rus dili müəllimi və 2016-cı ildən isə Tərcümə Mərkəzində tərcüməçi (rus dili üzrə) işləyir.

Ailəlidir, iki övladı var.