Bakı, H.Əliyev küçəsi, 135 +(994) 12 440-33-67, 441-65-21
2 may 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-1998-ci illərdə Azərbaycan Dövlət iqtisad Universitetinin Bakalavr təhsil pilləsində. 1998-2000-ci illərdə həmin universitetin Magistr təhsil pilləsində təhsil almışdır. 2001-2005-ci illərdə dissertant olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2000-2003-cü illərdə İqtisad Universitetinin “Kommersiya” kafedrasında assistent. 2003-2005-ci illərdə “Kommersiya” kafedrasının baş müəllimi. 2005-2012-ci illərdə “Menecment” kafedrasının baş müəllimi işləmişdir. Hal-hazırda “Biznes və logistika” kafedrasının dosentidir. Evlidir, iki oğlu var.
26 elmi əsərin müəllifidir, o cümlədən 1 monoqrafiya, 2 dərslik (birgə müəlliflərlə), 1 dərs vəsaiti çap olunmuşdur.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiyə etmiş, iqtisad emləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.