UNEC Dil Mərkəzi

Mərkəzimizin əsas məqsədi ingilis dili üzrə hazırlıq kurslarının təşkili ilə ingilis dilində faydalı, keyfiyyətli təhsil təqdim etməkdir. 

UNEC Language Center (UNEC Dil Mərkəzi) 7 oktyabr 2022-ci il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin daxilində fəaliyyətə başlamışdır. Mərkəz UNEC Lifelong Center-Ömürboyu Təhsil Mərkəzinin tərkibində yaradılıb.

Tələbələrimizin arzu etdikləri nəticələrə nail olması və dil biliklərini inkişaf etdirməsi yolunda peşəkar müəllim dəstəyi alması hədəfimizdir.

KURSLARIMIZ. Kurslarımıza qeydiyyatdan keçən tələbələr ilk öncə ingilis dili səviyyəsinin yoxlanılması məqsədilə “PLACEMENT” testindən keçirilir. İstənilən kursumuz üzrə ödənişsiz olaraq ilk 1 dərs sınaq dərsi şəklində təşkil olunur. Sonda kursu müvəffəqiyyətlə bitirən tələbələr sertifikatla təmin olunur. Həm əyani, həm onlayn formada dərslərimizə qatılmaq imkanı vardır. 

General English. Dərslər praktikdir, tədris prosesi ümumilikdə 4 bacarığın (oxuma, yazma, dinləmə və danışıq) inkişaf etdirilməsinə fokuslanır. Proqram üzrə əsas hədəf tələbənin başladığı səviyədən istədiyi dil səviyyəsinə qədər çatdırmaqdır. 7 ay ərzində siz A1 səviyyəsindən B1 səviyyəsinə keçid imkanı əldə edə bilərsiniz. 

Əlaqə:
Ünvan:  UNEC-in I (otaq123)  və II tədris binası (otaq 103)
Telefon: +994 55 217 62 64 ; (012) 4926054
e-mail: uneclanguagecentre@gmail.com

UNEC Dil Mərkəzi - Tədris istiqamətləri, Dərs proqramı, Dərs müddəti