Daşkənd Dövlət İqtisad Universiteti ilə ikili diplom proqramı

Daşkənd Dövlət İqtisad Universiteti ilə ikili diplom proqramı

Təhsilin ilk mərhələsi Daşkənddə, növbəti mərhələsi isə UNEC-də keçirilir.
MBA proqramı üzrə Maliyyə, Biznes, Data Analitika ixtisaslarını əhatə edir.

Proqrama qəbul iki mərhələli imtahanla həyata keçirilir və yalnız uğurla tamamlayan tələbələr UNEC-də təhsillərini davam etdirmək imkanı qazanırlar.

İxtisaslar

Maliyyə
Biznes
Data Analitika

Qəbul şərtləri

1.

UNEC və DDİU-nun qəbul komissiyaları tərəfindən müəyyən olunmuş qaydalara əsasən aparılır.

2.

İki mərhələli sınaq: I mərhələdə UNEC-də müsahibə; II mərhələdə Özbəkistan qanunvericiliyinə uyğun qəbul imtahanı.

3.

Hər iki sınaqda minimal olaraq 30% bal toplamaq tələb olunur.

Tələb olunan sənədlər

1

Pasportun surəti

2

Diplom və əlavəsi

3

6 ədəd 3x4 fotoşəkil

4

Doğum haqqında şəhadətnamə

5

Sağlamlıq haqqında tibbi arayış

Daşkənd Dövlət İqtisad Universiteti haqqında
Daşkənd Dövlət İqtisad Universiteti 1931-ci ildə regionun iqtisadi inkişafı üçün ixtisaslı kadrların hazırlanması məqsədilə yaradılmışdır. Zamanla tədris istiqamətləri genişlənmiş, maliyyə, iqtisadiyyat və idarəetmə sahələrində aparıcı təhsil mərkəzinə çevrilmişdir. 1990-cı illərdən etibarən universitet müasir iqtisadi modellərə uyğun islahatlar həyata keçirmişdir. Bu gün o, Özbəkistanın nüfuzlu iqtisadi ali təhsil müəssisələrindən biridir.

Tərəfdaşlar