Proqrama DİM-in müəyyən etdiyi minimal balı toplamış və Ege Universitetinin qəbul tələblərini ödəyən tələbələr müraciət edə bilərlər.
Proqram üzrə tələbələrin türk dili biliyi C1 səviyyəsində olmalıdır, əks halda bir və ya iki illik hazırlıq kursu keçəcəklər.
Tələbələr uğurla proqramı başa vurduqdan sonra hər iki universitetin diplomunu əldə edəcəklər.
Ege Universiteti ilə ikili diplom proqramı
İxtisas
Qəbul şərtləri
Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan minimal balı toplamalıdırlar.
Ege Universitetinin xaricdən tələbə qəbulundakı minimum imtahan şərtlərini ödəməlidirlər.
Tələb olunan sənədlər
C1 sertifikat (Türk dili)
Proqrama müraciət etmək istəyən tələbələr aşağıdakı şərtləri yerinə yetirməlidirlər:
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan müvafiq mərkəz tərəfindən müəyyən edilmiş minimal balı toplamalıdırlar.
Ege Universitetinin xaricdən tələbə qəbulunda tətbiq etdiyi minimum imtahan şərtlərini ödəməlidirlər.
Türk dili biliyini sübut etməlidirlər. Bunun üçün iki variantdan biri təqdim edilməlidir:
Ege Universiteti Türkçə Tədris Bölməsi (TÖBİR) tərəfindən keçirilən Türk dili imtahanından C1 səviyyəsində nəticə əldə etmək;
Türkiyə universitetlərinin TÖMER mərkəzlərindən və ya Yunus Əmrə İnstitutundan C1 səviyyəsini təsdiq edən Sənəd / Sertifikat / Diplom təqdim etmək.
C1 sertfikatını təqdim etməyən tələbələr:
Bir il müddətində Türkiyə Türkcəsi hazırlıq təhsili alacaqlar.
Birinci ilin sonunda keçiriləcək Türk dili imtahanında müvəffəqiyyət qazanmasalar, əlavə bir il vaxt veriləcək.
* İkinci ilin sonunda da uğur əldə etməyənlər proqramdan xaric olunacaq.
* İki il ərzində dil tələblərini yerinə yetirə bilməyən tələbələr, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq başqa proqramlara yerləşdirilə bilərlər.
Ege Universiteti 1955-ci ildə İzmir şəhərində təsis olunmuş Türkiyənin ilk böyük regional universitetlərindən biridir. Universitet 17 fakültə, çoxsaylı institut və araşdırma mərkəzləri ilə fəaliyyət göstərir. Xüsusilə kənd təsərrüfatı, qida mühəndisliyi, tibb və sosial elmlər sahəsində tanınır. Hazırda Ege Universitetində on minlərlə tələbə təhsil alır və universitet beynəlxalq əməkdaşlıq şəbəkəsi ilə seçilir.