ICD Beynəlxalq Biznes Məktəbi ilə ikili diplom proqramı

ICD Beynəlxalq Biznes Məktəbi ilə ikili diplom proqramı

UNEC ilə Fransanın ICD Universiteti arasında imzalanan ikili diplom müqaviləsinə əsasən, Maliyyə, Mühasibat, İqtisadiyyat, Biznesin idarə olunması ixtisaslarının ikinci kursunu uğurla bitirən tələbələr iştirak edə bilər.
Tələbələrə 2 variant üzrə təhsillərini davam etdirmək imkanı verilir.
Proqramı uğurla bitirərək UNEC-dən məzun olan bakalavrlar 4 ilə hər iki universitetin diplomunu əldə edirlər.

İxtisaslar

Dünya iqtisadiyyatı
Maliyyə
Mühasibat
İqtisadiyyat
Biznesin idarə olunması

Qəbul şərtləri

1. I və II kurslardan - 120 ECTS kredit toplamaq
2. Minimum orta bal (ÜOMG) - 81 bal
3. İngilis dili - B2 (IELTS 6,5 /TOEFL 550)

Tələb olunacaq sənədlər

1

Akademik transkript

2

Ərizə

Fransanın ICD Beynəlxalq Biznes Məktəbi haqqında
Paris şəhərində yerləşən ICD marketinq, ticarət və biznesin inkişafı sahəsində ixtisaslaşmış beynəlxalq biznes məktəbidir. Biznes, Kompüter Elmləri, İnsan Resursları və Maliyyə sahələrində 140 proqram təqdim edən aparıcı təhsil qurumlarından biridir. ICD hazırda 85 universitet və 15 ölkə ilə ikili diplom proqramı üzrə əməkdaşlıq qurmaqdadır. Həmçinin ICD-nin Dublin və Şanghai şəhərlərində filialları mövcuddur. Tədris ingilis dilində aparılır.

Proqramın modeli:

I variant

UNEC-in II kursunu bitirən tələbələr III kursda ICD-də təhsil alırlar. Kursun sonunda tələb olnan 60 krediti qazandıqdan sonra tələbələr 4-cü kurs təhsillərini UNEC-də davam edirlər.

  II variant

UNEC-in II kursunu bitirən tələbələr III kurs təhsilini də UNEC-də davam etdirir. Bu zaman tələbələr bəzi fənlər üzrə ICD-dən dəvət olunan professorların dərslərində iştirak etməklə həm UNEC, həm də ICD-nin tələb olunan kreditlərini qazanırlar.

Tərəfdaşlar