Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə UNEC arasında həyata keçirilən ikili diplom proqramına
I kursu bitirən magistrlər müraciət edə bilərlər.
Proqramın modeli belədir: I semestr UNEC-də 45 kredit, II semestr MRU-da 45 kredit, III semestr UNEC-də təcrübə və tədqiqat, IV semestr isə UNEC/MRU-da tədqiqat və diplom müdafiəsi ilə davam edir. Vilnüs və Kaunas şəhərlərində yerləşən MRU Litvanın qabaqcıl beynəlxalq universitetlərindən biridir və QS beynəlxalq reytinqində yer alıb. Hazırda universitetdə 7500 tələbə, 600 beynəlxalq tələbə və 400 nəfərlik akademik heyət təhsil alır və fəaliyyət göstərir.
Litvanın Mikolas Romeris Universiteti ilə ikili diplom proqramı
İxtisaslar
Maliyyə bazarları
Maliyyə menecmenti
Maliyyə nəzarəti və audit
Qəbul şərtləri
1. Müvafiq ixtisaslar üzrə təhsil alan I kurs tələbəsi olmaq
2. Minimum orta bal (ÜÖMG) – 70-dən yuxarı
3. İngilis dili biliyi – B2
Tələb olunan sənədlər
1
Bakalavr diplomu və diploma əlavə
2
Magistr təhsili haqqında arayış
Litvanın Mikolas Romeris Universiteti
Mikolas Romeris Universiteti (MRU) Litvanın Vilnus və Kaunas şəhərlərində yerləşən beynəlxalq universitetdir. Müasir, yaradıcı və sahibkarlıq akademik cəmiyyəti MRU-nun Litvada ictimai elmlər və fakültələrarası tədqiqat sahəsində aparıcı universitet səviyyəsinə yüksəldib. Universitet QS beynəlxalq reytinqində yer tutub.