Montpellier Universiteti ilə ikili diplom proqramı

Montpellier Universiteti ilə ikili diplom proqramı

Montpellier Universiteti ilə ikili diplom proqramı Fransada təhsil almaq istəyən tələbələr üçün unikal fürsət yaradır.
Proqrama UNEC-in II kurs tələbələro müraciət edə bilər. Qəbul olunan tələbələr 3-cü kursu Montpellier Universitetində,
4-cü kursu isə UNEC-də tamamlayırlar. 
Təhsil müddəti 1 ildir (bakalavr səviyyəsi, 3-cü kurs).
Məzunlar UNEC və Montpellier Universitetinin ikili diplomunu əldə edirlər.

Təhsil müddəti: 1 il (bakalavr səviyyəsi, 3-cü kurs)
Tədris dili: İngilis dili
Təhsil haqqı: 2500 euro
Tədris yeri: Montpellier Universiteti, Fransa

İxtisaslar

Maliyyə
Mühasibat
İqtisadiyyat
Biznesin idarə olunması

Qəbul Şərtləri

1. II kurs tələbələri
2. Minimum orta bal (ÜÖMG) – 81 bal
3. İngilis dili biliyini B2 səviyyəsində təsdiq edən dil sertifikatı

Tələb olunan sənədlər

1

Akademik transkript

2

Ərizə

3

CV

4

Niyyət məktubu (Motivation letter)

Montpellier Universiteti haqqında
Əsası XII əsrdən qoyulan Montpellier 1 və Montpellier 2 Universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə təhsil xidmətləri təqdim etməkdədir. Bu mənada universitet Şanxay Akademik Reytinqi və QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti Fransada 6-cı yerdədir. Burada 41000  tələbə (16% əcnəbi tələbələr olmaqla), o cümlədən 1700 doktorant təhsil alır və 4500 elmi  tədqiqatçı müxtəlif sahələr üzrə  çalışır.

Tərəfdaşlar