Qırğız Milli Universiteti ilə ikili diplom proqramı

Qırğız Milli Universiteti ilə ikili diplom proqramı

UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) və Jüsup Balasağın adına Qırğız Milli Universiteti (KNU) arasında həyata keçirilməsi nəzərdə tutulan ikili diplomlu magistr proqramı iki ölkə arasında ali təhsil və elmi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji təşəbbüsdür.
Proqram iqtisadiyyat və maliyyə profilli ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını, beynəlxalq akademik standartlara uyğun bilik və bacarıqların formalaşdırılmasını hədəfləyir. Birgə magistr proqramı tədris prosesinin müxtəlif mərhələləri UNEC və KNU-da təşkil olunur. Təhsil müddətində tələbələr hər iki universitetin akademik resurslarından, professor-müəllim heyətindən və elmi-tədqiqat mühitindən faydalanırlar. Proqramın məzmunu tərəflər tərəfindən birgə hazırlanmış tədris planı əsasında həyata keçirilir və hər iki ölkənin milli təhsil qanunvericiliyinə tam uyğunluq təmin olunur.

Proqramın əsas üstünlüklərindən biri məzunlara həm Azərbaycan Respublikasının, həm də Qırğız Respublikasının dövlət nümunəli magistr diplomlarının verilməsidir. Bu isə məzunların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, onların akademik və peşəkar mobilliyini əhəmiyyətli dərəcədə genişləndirir.

1. Təhsil müddəti: 2 il (4 semestr) 
2. Təhsil forması: Əyani

Jüsup Balasağın adına Qırğız Milli Universiteti (KNU) haqqında

Universitet 1925-ci ilin oktyabrında yaradılıb. KNU-nun missiyası klassik və innovativ nailiyyətlərə əsaslanaraq universitetin təhsil və elmi potensialını qoruyub saxlamaq və artırmaqdan, milli ideyaların formalaşdırılması, milli layihələrin həyata keçirilməsi və milli ziyalıların yetişdirilməsi mərkəzi olmaqdan ibarətdir. Milli Universitet MDB Şəbəkə Universitetinin yaradılması üzrə konsorsiumun, Avrasiya Universitetlər Assosiasiyasının və Şanxay Əməkdaşlıq Təşkilatı Universitetinin üzvüdür. KNU-da yaxın illər və uzunmüddətli perspektiv üçün universitetin hərtərəfli, sabit və dinamik inkişafını nəzərdə tutan konsepsiya hazırlanmış və müvafiq proqram həyata keçirilir.

Tərəfdaşlar