Basketbol Klubu

UNEC Basketbol komandası 2014-cü ildən fəaliyyət göstərir. 

UNEC-in "UNEC Basketbol" komandası 2022-ci ildən, Elm və Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında keçirilən Tam Gənc Basketbol liqasında, hazırda isə Tələbə Basketbol Liqası  yarışlarında iştirak edir. Keçən mövsüm keçirilən liqa yarışlarında UNEC komandası 12 ali məktəb arasında 4-cü yerə layiq görülmüşdür.

Komandanın uğurları. 2025-ci ilin mayında fakültələrarası basketbol turniri təşkil olunub. Turnirin keçirilməsində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzini təşviq etmək, fiziki fəallığı artırmaq və gəncləri idmana daha çox cəlb etmək olub. Maraqlı və rəqabətli oyunlarla yadda qalan turnirin yekununda RİM-in “GSW” komandası birinci yerin sahibi olub.