- Əsas səhifə
- Azerconnect Group Debitor və kreditor hesablaşmalar üzrə təcrübəçi vakansiyası elan edir
Azerconnect Group Debitor və kreditor hesablaşmalar üzrə təcrübəçi vakansiyası elan edir
Azerconnect Group Maliyyə Departamenti üzrə Debitor və kreditor hesablaşmalar üzrə təcrübəçi vakansiyası elan edir.
Azerconnect Group Maliyyə Departamenti üzrə Debitor və kreditor hesablaşmalar üzrə təcrübəçi vakansiyası elan edir.
Təcrübəçi aşağıdakı işlərin icrasında iştirak edəcək:
- Hesab-fakturalar əsasında xərclərin ERP sisteminə daxil edilməsi;
- Hesab-faktura və alış sifarişlərinin işlənməsi zamanı yaranan problemlərin araşdırılması və həlli;
- İşçilərin açıq avans ödənişlərinin təhlili;
- Gündəlik avans hesabatlarının ERP sisteminə daxil edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər vəzifə öhdəliklərinin icrası;
- Daxili qayda, siyasət və prosedurlara riayət olunması;
- Şirkət məlumatlarının məxfiliyinin təmin edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə bakalavr dərəcəsi);
- Azərbaycan dilini səlis bilmək, ingilis və rus dilləri üstünlükdür;
- MS Office proqramları, xüsusilə Excel üzrə orta səviyyədə bilik;
- Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;
- Nəticəyönümlülük, sürətli adaptasiya və davamlı öyrənmə istəyi.
Şirkətin təklif etdiyi imkanlar:
- Rəqabətli kompensasiya;
- Performansa əsaslanan bonuslar və həvəsləndirici mexanizmlər;
- Əlavə sosial imtiyazlar;
- Hibrid iş imkanı;
- Karyera inkişafı və təlim proqramları;
- Beynəlxalq təcrübə və innovativ mühit;
- Peşəkar və dinamik komandada işləmək imkanı.
Vakansiyada iştirak etmək istəyən şəxslər 31 dekabr tarixinədək CV-lərinizin mövzu hissəsində “Debitor və kreditor hesablaşmalar üzrə təcrübəçi” qeyd etməklə recruitment@azerconnect.az elektron poçt ünvanına göndərə bilərsiniz.