Cari ilin yanvar ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi göstəricilərin metrik indikatorlar əsasında beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və strateji qərarların elmi əsaslarla qəbul edilməsi məqsədilə Elsevier şirkətinə məxsus SciVal analitik platformasının tətbiqinə başlanıb. Bununla bağlı olaraq, fevral ayında ancaq UNEC nümayəndələri üçün SciVal analitik platformasının tətbiqi ilə bağlı Elsevier şirkətinin nümayəndəsi tərəfindən təlim keçiriləcəkdir.
Təlimlərin əsas məqsədi UNEC müəllimlərinin, tədqiqatçılarının, doktorantlarının, magistr və bakalavr tələbələrinin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi üçün SciVal platformasının yaratdığı imkanların diqqətə çatdırmaqdır.
SciVal analitik platformasının linki: https://www.scival.com/home
Təlim proqramı çərçivəsində aşağıdakı mövzular əhatə olunacaq:
Tarix: Çərşənbə axşamı, 10 fevral 2026
Saat: 10:00
Format: Onlayn (Zoom)
Tədris dili: Türk dili
Elmi fəaliyyətinizi daha effektiv planlamaq və beynəlxalq tədqiqat imkanlarından faydalanmaq üçün bu təlimi qaçırmayın!