HES-SO İdarəetmə Yüksək Məktəbi
(University of Applied Sciences and Arts of Western Switzerland)
UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramı
İxtisaslar
Mübadilə proqramında iştirak şərtləri:
• Bakalavr səviyyəsi: 3-cü kurs tələbələri, ən azı B2 səviyyəsində fransız dili biliyi
• Magistratura səviyyəsi: 1-ci kurs tələbələri, ən azı B2 səviyyəsində ingilis dili biliyi
Tələb olunan sənədlər:
• Tərcümeyi-hal (CV)
• Motivasiya məktubu
o Bakalavr tələbələri üçün fransız dilində
o Magistr tələbələri üçün ingilis dilində
• Akademik transkript (orta bal – GPA – 70-dən yuxarıolmalıdır)
• Dil sertifikatı (əgər varsa)
o Bakalavrlar üçün fransız dili sertifikatı
o Magistrlər üçün ingilis dili sertifikatı
UNEC tələbələri üçün təqdim olunan imkanlar:
• 800 İsveçrə frankı (təxminən 1400 AZN) məbləğində təqaüd
• Tibbi sığorta
• 1 aylıq intensiv fransız dili kursu
• Ödənişsiz nəqliyyat kartı
• İdman klublarına pulsuz üzvlük