Mini futbol komandası 2014-cü ildən fəaliyyət göstərir.
2022-ci il tarixindən bu günə kimi, AR Elm və Təhsil Nazirliyinin, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən Futzal üzrə “Tələbə liqası” yarışlarında iştirak edir. Turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və həmrəylik ruhunun gücləndirilməsidir.
Komandanın uğurları. 2025-ci ilin oktyabrında UNEC fakültələrarası futbol turniri keçirilib. Turnirdə qalib komandalar: I yer – “İSE SC” (Beynəlxalq İqtisadiyyat Məktəbi); II yer – “Vila Nova FC” (Maliyyə və mühasibat fakültəsi); III yer – “Menecment FC” (Biznes və menecment fakültəsi). Sonda qalib komanda üzvləri kubok, diplom və medallarla təltif olunublar.