Tələbə və məzunların peşəkar inkişafının dəstəklənməsi və əmək bazarına səmərəli inteqrasiyasının təmin edilməsi məqsədilə fəaliyyət göstərir. Bölmə karyera planlaşdırılması, peşə yönümü, fərdi məsləhətlərin verilməsi, bacarıqların inkişafına yönəlmiş təlim və seminarların təşkili, habelə işəgötürən qurumlarla əməkdaşlığın qurulması istiqamətində sistemli iş aparır.
Karyera inkişaf bölməsinin fəaliyyəti iştirakçıların rəqabətqabiliyyətliliyinin artırılmasına, məşğulluq imkanlarının genişləndirilməsinə və dayanıqlı karyera inkişafının təmin olunmasına xidmət edir.