Şöbə tərəfindən kitabxanaya daxil olan bütün kitablar, dissertasiyalar, avtoreferatlar, jurnallar müəyyən olunmuş qaydalara uyğun qeydiyyata alınır, inventarlaşdırılır, texniki cəhətdən işlənir və elektron kataloqa daxil edilir. Nəşrlər tədris olunan fənlərə uyğun olaraq kitabxanalar arasında bölüşdürülür və fondun sistemli şəkildə yenilənməsi təmin olunur.
Şöbə eyni zamanda oxuculara biblioqrafik xidmət göstərir, sorğular əsasında biblioqrafik arayışlar və siyahılar hazırlayır, informasiya axtarışları aparır. Fondun təşkili məqsədilə müəllim və tələbələrin informasiya tələbatı öyrənilir, yeni ədəbiyyatların əldə edilməsi və köhnəlmiş nəşrlərin fondan çıxarılması həyata keçirilir. Bundan əlavə, elektron kataloq və elektron resurslardan istifadə üzrə maarifləndirici təlimlər təşkil olunur, təcrübə proqramları və kitabxanalararası əməkdaşlıq vasitəsilə bilik və təcrübə mübadiləsi aparılır.