Klasterial İnkişaf və İnnovasiya Şöbəsi

Klasterial İnkişaf və İnnovasiya Şöbəsinin əsas məqsədi ölkədə klasterial inkişaf və innovasiya sahələrinin davamlı və səmərəli inkişafını təmin etmək üçün elmi-tədqiqat fəaliyyətini həyata keçirməkdir.

Şöbənin vəzifələri
Şöbə elmi-tədqiqat işlərinin təsdiq olunmuş plana uyğun vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin edir. Şöbənin elmi fəaliyyətinin nəticələri hesabat, məruzə və arayış formasında ümumiləşdirilərək universitetin və institutun rəhbərliyinə təqdim olunur. Həmçinin, klasterial inkişaf və innovasiya sahəsində aparılacaq elmi araşdırmalar respublika və digər təşkilatlar tərəfindən aparılan tədqiqatlarla əlaqələndirilmiş şəkildə həyata keçirilir.

Fəaliyyət istiqamətləri
Şöbə klasterial inkişaf və innovasiya sahəsində informasiya bazasının formalaşdırılması, Milli İnnovasiya Sisteminin inkişafı, innovasiya infrastrukturunun qurulması və innovasiya siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, mövcud problemlərin elmi-nəzəri əsaslarla araşdırılması və həll imkanlarının qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, şöbə klasterial inkişafın hüquqi əsaslarını təkmilləşdirir, sənaye, xidmət və kənd təsərrüfatı sahələrində klasterlərin inkişafını tədqiq edir və ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, biliklərə əsaslanan və rəqabətə davamlı iqtisadiyyatın qurulması istiqamətində mövcud problemləri öyrənir.

  Əsasnamə