Ekonofizika Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının 28 fevral 2019-cu il tarixli iclasının 164 №-li Qərarı və UNEC rektorunun 14 mart 2019-cu il tarixli 152/3/2019 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 13 may 2019-cu il tarixli 315/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik professor, Əməkdar Elm Xadimi Əsgərov Şahlar Qaçay oğluna həvalə edilmişdir.
Ekonofizika Tədqiqat Mərkəzi iqtisadi və social-iqtisadi tədqiqatların aparılmasını və elmi tədqiqat işlərində empirik metodlardan istifadə olunmasını təşviq edəcək, professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi tədqiqatların aparılması və beynəlxalq bazalara çıxış imkanları ilə bağlı dəstək olacaq, yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat layihələrini həyata keçirir.
- Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
- Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
- Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
- Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
- Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
- Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
- Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
- Mərkəzin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
- Mərkəz tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək;
1. f.r.e.d. prof. Allahverdiyev Biləndər Paşa – Xəzər Universitetinin “Riyaziyyat” kafedrasının professoru
2. prof. Mahmudov Nazim İdris – Doğu Akdeniz Universitetinin Riyaziyyat fakültəsinin professoru
3. prof. Hüseyin Tuna – TC Mehmet Akif Ersoy Universitetinin professoru (Burdur/Türkiyə)