HAQQIMIZDA:
Əmək bazarının monitorinqi Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 6 dekabr 2018-ci il tarixli iclasının EŞ-162 №-li Qərarıyla və UNEC rektorunun 1121/3/2018 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 1143/3/2018 №-li əmrinə əsasən Əmək bazarının monitorinqi mərkəzinə ictimai əsaslarla rəhbərlik “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti İsmayılov İsmayıl Elman oğluna həvalə edilmişdir.
MƏQSƏDİMİZ:
UNEC-də Respublikamızın və regionun, eləcə də MDB ölkələrinin əmək bazarındakı mövcud vəziyyətini, həmçinin beynəlxalq əmək bazarındakı müasir trendlərin öyrənilməsi və dəyişikliklərin qiymətləndirilməsi.
VƏZİFƏLƏRİMİZ: (fəaliyyətimiz)
- UNEC-in fakultə və kafedraları ilə tədris prosesinin elmi-metodiki təminatında iştirak etmək, kadr hazırlığının beynəlxalq əmək bazarının tələblərinə uyğun həyata keçirilməsi üçün tədris proqramları, metodik vəsaitlərin və dərsliklərin hazırlanması ilə bağlı birgə iş aparılması;
- Əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınaraq, həmçinin əmək bazarında zəruri kvalifikasiyalar müəyyən olunmaqla orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılmasında iştirak etmək;
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi, bu sahələrdə kadrlara gözlənilən tələbatının proqnozlaşdırılması;
- Azərbaycanda Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak etmək, bu sənədlərin daha təkmil hazırlanması üçün UNEC alimlərinin, ekspertlərin təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək;
- Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sahəsində bir çox inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi, bu istiqamətdə beynəlxalq konfranslarda, seminarlarda iştirak etmək, ölkədə müafiq simpoziumların, seminarların, konfransların və başqa intellektual diskussiyaların keçirilməsini əlaqələndirmək;
- Əmək bazarındakı dəyişiklikləri izləyən, bu sahədə vəziyyəti öyrənən, inkişaf istiqamətlərini təyin edən milli və beynəlxalq təşkilatlarla, o cümlədən Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Beynəlxlaq Əmək Təşkilatı, BMT İnkişaf Proqramı ilə, həmçinin başqa dövlət orqanlar, təhsil mərkəzləri ilə əməkdaşlıq etmək;
- Beynəlxalq təcrübəni öyrənməklə ölkənin əmək ehtiyatlarının müvafiq standartlara uyğun sertifikatlaşdırılması mexanizmlərinin yaradılması ilə bağlı təkliflər hazırlamaq;
- Gənclərin əmək bazarına keçidə hazırlığının təkmilləşdirilməsi istiqamətində elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənməsi, gənclərin əmək bazarına keçidinin strateji istiqamətlərinin müəyyənləşdirilməşi;
- Əmək bazarı sahəsində elmi tədqiqatların həyata keçirilməsi, çap nəşrlərinin buraxılması, Azərbaycan Respublikasında kadr hazırlığının əmək bazarının mövcud və perspektiv tələblərinə uyğun həyata keçirilməsi üçün başqa təhsil müəssisələrinə metodik dəstəyin təmin edilməsi;
- Milli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması üçün peşə təhsili sistemində həyata keçirilən islahatlarda iştirak etmək, ilk peşə və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün, həmçinin ölkənin perspektiv iqtisadi inkişaf istiqamətlərilə bağlı gələcəkdə tələbatın artacağı peşələri müəyyən etməklə peşə məktəblərində və liseylərdə tədrisin təşkilinə dair təkliflərlər hazılayaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim etmək;
- Gənclərin peşə təhsilinə olan marağının artırılması, onların könüllü olaraq peşə məktəb və liseylərinə yönəlməsi üçün beynəlxalq təcrübədə istifadə edilən metodları öyrənmək, əmək bazarında peşə təhsil müəssisələrini bitirənlərə müəyyən üstünlüklər tanınması istiqamətində təkliflər hazırlamaq;
- Ali təhsil ocaqlarında, universitetlərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris olunan ixtisasların əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, məzunların aldıqları ixtisaslar üzrə iş yerlərinə cəlb olunması üçün işəgötürənlərin tələblərinin öyrənilməsi, monitoriqlərlə problemlərin aşkara çıxarılaraq müvafiq ünvanlara təqdim olunması. Həmçinin ali məktəb məzunlarının əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə işəgötürənlərin iştirakı ilə aktiv tədbirlərin (məsələn, əmək yarmarkaların) keçirilməsində iştirak etmək;
- Gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılması ilə bağlı təkliflər paketi hazırlamaq;
- Əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional mühitin təkmilləşdirilməsinə, yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşdırılmasına, struktur islahatların dərinləşdirilməsi, investisiya fəallığının artırılmasına, insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsinə dair elmi cəhətdən əsalandırımış Proqramlar hazırlamaq.