HAQQIMIZDA:
Rəqəmsal iqtisadiyyat Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının 155 №-li Qərarı və UNEC rektorunun 18 aprel 2018-ci il tarixli 296/3/2018 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 16 noyabr 2018-ci il tarixli 1031/3/2018 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Rəqəmsal İqtisadiyyat və İKT kafedrasının baş müəllimi, r.ü.f.d. Rzayeva Ülviyyə Şahin qızına həvalə edilmişdir.
MƏQSƏDİMİZ:
Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dəstək
*
VƏZİFƏLƏRİMİZ:
Biznes, elm, təhsil və digər birliklərin qarşılıqlı əlaqələrinin və rəqəmsal iqtisadiyyat sahəsində onların ehtiyaclarının müəyyənləşdirilməsi;
Rəqəmsal iqtisadiyyat və rəqəmsal texnologiyaları inkişafının monitorinqi, rəqəmsal iqtisadiyyat və rəqəmsal texnologiyaları inkişafı üzrə proqnozların
formalaşdırılması, eləcə də rəqəmsal iqtisadiyyatın əsas istiqamətləri üzrə təkliflərin hazırlanması;
Tədqiqat kompetensiyalarının formalaşması: rəqəmsal iqtisadiyyat sahəsində axtarış, tətbiqi tədqiqatlar, qlobal rəqabət qabiliyyətli rəqəmsal texnologiyaların və milli təhlükəsizliyi təmin edən sahələr üzrə texnoloji müstəqilliyin təmin edilməsi;
*
HƏDƏFİMİZ:
Rəqəmsal iqtisadiyyat sahəsində innovativ məhsulların populyarlaşdırılması və dəstəklənməsi;
Rəqəmsal iqtisadiyyat sahəsindəki tədqiqatların nəticələrini nəzərə alaraq ali, peşə və ümumi təhsilin təhsil proqramlarının inkişafının təşviqi;
Rəqəmsal iqtisadiyyatın müxtəlif sahələrində dövlət orqanları, tədqiqat və tədris mərkəzləri, şirkətlər, digər maraqlı təşkilatlarla əməkdaşlıq;
Rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqədar geniş məsələlər üzrə tədbirlərin, o cümlədən beynəlxalq tədbirlərin təşkili və keçirilməsi;
Elmi işilərimizin nəticələrinin dərc edilməsi.
ÜZVLƏR:
Elmi məqalələrin hazırlanmasına dair təlim keçirilib
10-11 fevral 2020-ci il tarixlərində UNEC-in Rəqəmsal İqtisadiyyat Elmi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının əməkdaşları üçün “Beynəlxalq elmmetrik verilənlər bazalarında indekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına dair metodik tövsiyələr” adlı təlim keçirilib.
Mərkəz rəhbəri, kafedranın baş müəllimi, r.ü.f.d. Ülviyyə Rzayeva mövzunun əhəmiyyətindən bəhs edərək, bu təlimin kafedranın professor-müəllim heyətinin tədqiqatçılıq bacarıqlarının yüksəldilməsi məqsədilə keçirildiyini vurğulayıb.