HAQQIMIZDA:
Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının 159 №-li Qərarı və UNEC rektorunun 448/3/2018 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 363/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC İqtisadiyyat və işlətmə kafedrasının dosenti, i.f.d. Quliyev Oqtay Qulu oğluna həvalə edilmişdir. (31.07.2024-cü ilə kimi)
UNEC rektorunun 01.08.2024 tarixli 703/3/2024 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi i.f.d. Akbulayev Nurhoca Nazirhoca oğluna həvalə edilmişdir.
MƏQSƏDİMİZ:
İqtisadi və sosial-iqtisadi tədqiqatların aparılmasını və elmi tədqiqat işlərində empirik metodlardan istifadə olunmasını təşviq edəcək, professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi tədqiqatların aparılması və beynəlxalq bazalara çıxış imkanları ilə bağlı dəstək olacaq, yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat layihələrini həyata keçirəcəyik
VƏZİFƏLƏRİMİZ:
- Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
- Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
- Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
- Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
- Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
- Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək ;
- Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
- Mərkəzin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
- Mərkəz tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək.
ÜZVLƏR:
- Akbulayev Nurhoca – UNEC «İqtisadiyyat və işlətmə» kafedrasının müəllimi; (mərkəzin rəhbəri)
- Quliyev Həsrəddin Fəxrəddin oğlu – UNEC «İqtisadiyyat və işlətmə» kafedrasının müəllimi;
- Əkbərov Şahin Şükür oğlu – UNEC «İqtisadiyyat və işlətmə» kafedrasının müəllimi
- Rəhimli Etimad Münasib — TC İstanbul Universitetinin “İqtisadiyyat” ixtisası üzrə doktorant;
- i.f.d. dos. Quliyev Oqtay Qulu – UNEC “İqtisadiyyat və işlətmə” kafedrasının 0.5 ştat dosenti; AR Gənclər və İdman Nazirliyi, Azəridmanservis MMC, Araşdırma və Layihə Mərkəzinin rəhbəri;
- prof. Dr. Mehmet Yüce – Türkiyə Ətraf Mühit Agentliyinin (TUÇA) sədr müavini;
- Mirzəliyev Nihal Ələddin - İstanbul Universitetinin doktorantı;
- Kərimli Turan Azər – İstanbul Universitetinin doktorantı