HAQQIMIZDA:
Unec Sığorta Məktəbi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 29 iyun 2018-ci il tarixli iclasının 160 №-li Qərarı və UNEC rektorunun 587/3/2018 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 837/3/201№-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik h.f.d. Abbasbəyli Mustafa Aslan oğluna həvalə edilmişdir.
MƏQSƏDİMİZ:
- İqtisadi və sosial elmlər üzrə elmi tədqiqatlar aparmaq, tədqiqat nəticəsində ortaya çıxan problem, təklif və tövsiyələri elmi mühit, cəmiyyət, dövlət və özəl sektor qurumları ilə bu və digər formada bölüşmək;
- Tədqiqatların aparılmasını təşviq etmək və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində təkliflər vermək
VƏZİFƏLƏRİMİZ:
- Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
- Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
- Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
- Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
- Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
- Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək ;
- Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
- Məktəbin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
- Məktəb tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək;