“Arzum UNEC-də” layihəsinə start verildi!

  • 09 dekabr 2025
  • 193

UNEC-də Yeni il ərəfəsi “Arzum UNEC-də” adlı yeni layihə təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşdırılan layihənin əsas məqsədi tələbələr arasında yeni il abu-havası yaratmaq və onların öz arzularını ifadə etmələri üçün kreativ mühit formalaşdırmaqdır.

Layihə çərçivəsində tələbələr öz yeni il arzularını xüsusi dizayn olunmuş kartlara yazaraq UNEC-in Yeni il ağacından asa bilərlər. Bütün tədris binalarında qurulan həyata keçirilən layihə univesitetdə bayram ovqatı yaratmaqla, tələbələrin ürəkdən gələn istəklərini bir məkanda birləşdirir.

Yeni ilə ümidlə, arzularla birlikdə addımlayaq!