Rektor Huawei şirkəti ilə UNEC əməkdaşlığının gələcək imkanlarını müzakirə edib

  • 29 yanvar 2026
  • 288

UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanda fəaliyyət müddətini başa vuran Huawei şirkətinin Orta Şərq və Mərkəzi regionu üzrə vitse-prezidenti Angela Lin ilə görüşüb.

Görüş zamanı UNEC ilə Huawei arasında formalaşmış əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub. Eyni zamanda, tərəflər arasında gələcək dövrdə əməkdaşlığın genişləndirilməsi imkanları, xüsusilə rəqəmsal transformasiya, innovasiya, təhsil–sənaye əlaqələrinin gücləndirilməsi və texnologiya əsaslı layihələr üzrə perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.