Rəqəmsal arxivlər və institusional repozitoriyalar: İqtisadiyyat üzrə beynəlxalq elmi repozitoriyalar

  • 14 may 2025
  • 12

Universitet kitabxanaları təhsil mühitindəki dəyişikliklərə ən tez adaptasiya olan və yeniliklərin davamlı tətbiq edildiyi elmi məkandır.

Bu yeniliklər texnologiyanın inkişafı, tələbələrin və tədqiqatçıların dəyişən ehtiyacları və rəqəmsal mühitin genişlənməsi ilə əlaqədardır.

Yeniliklər sırasında “Rəqəmsal arxivlər və institusional repozitoriyalar”ın rolunu vurğulamaq yerinə düşərdi. Bu sahə haqqında qeyd edək ki,

  • Universitetlərin öz elmi işlərini, dissertasiyalarını və layihələrini saxladıqları rəqəmsal arxivlər yaradılır.
  • Bu arxivlər geniş ictimaiyyətə açıq ola bilir və universitetlərin elmi nüfuzunun artırılmasına xidmət edir.

Bir sözlə, “Rəqəmsal arxivlər və institusional repozitoriyalar” kitabxanaların aparıcı intellektual mərkəzə çevrilməsində əsas amillərindən biridir ki, təkcə elmi işlərin saxlandığı bazalar deyil — akademik irsin qoruyucusudur.

Rəqəmsal arxivlər və institusional repozitoriyaların əhəmiyyəti haqqında bir daha:

  • Universitetlərin intellektual kapitalını qoruyur.
  • Elmi biliklərin açıq istifadəsini təmin edir,
  • Akademik əməkdaşlığı təşviq edir,
  • Plagiatla mübarizədə və şəffaflıqda rol oynayır,
  • Eyni zamanda elmi irsin gələcək nəsillərə ötürülməsində mühüm vasitələrdəndir.

İqtisadiyyat üzrə beynəlxalq elmi repozitoriyalarından 10 əhəmiyyətli mənbəni araşdırıb, təqdim edirik.

  1. SSRN (Social Science Research Network)
    https://www.ssrn.com
    Sosial elmlər, o cümlədən, iqtisadiyyat, maliyyə, hüquq və digər sahələr üzrə ən böyük preprint arxivlərindən biridir.
  1. RePEc (Research Papers in Economics)
    https://repec.org
    Məqalələrə, işçi materiallarına, dissertasiyalara və məlumatlara axtarış və çıxış interfeysləri olan “IDEAS” və “EconPapers”-i daxil olmaqla, iqtisadiyyat sahəsində ən məşhur resurslardan biridir.
  1. IDEAS (платформа RePEc)
    https://ideas.repec.org
    Nəşrləri, müəllifləri, jurnalları, təşkilatları və s. axtarmağa imkan verən, “RePEc” məlumat bazasının istifadəsi rahat interfeysidir.
  1. EconStor
    https://www.econstor.eu
    ZBW – Leibniz Information Centre for Economics (İqtisadiyyat üzrə İnformasiya Mərkəzi) tərəfindən dəstəklənən alman repozitoriyasıdır. İqtisadiyyat üzrə ingilis və alman dillərində dərc edilmiş elmi işlər burada öz əksini tapıb.
  1. NBER (National Bureau of Economic Research)
    https://www.nber.org
    Əsasən iqtisadiyyat, makroiqtisadiyyat və maliyyə sahələrinə yönəldilmiş bu bazanın kontentin böyük hissəsi abunə əsasında əlçatan olsa da, bir çox işçi sənədləri və preprintləri buradan açıq şəkildə, sərbəst şəkildə əldə etmək mümkündür.
  1. Munich Personal RePEc Archive (MPRA)
    https://mpra.ub.uni-muenchen.de
    “RePEc”-in Münhen şəhərindəki Lüdvig-Maksimilian Universitetində yerləşən bir hissəsidir və müəlliflərə iqtisadiyyat sahəsindəki işlərini birbaşa yükləməyə və paylaşmağa imkan yaradılıb.
  1. World Bank Open Knowledge Repository
    https://openknowledge.worldbank.org
    İnkişaf iqtisadiyyatı, beynəlxalq ticarət, yoxsulluq, maliyyə və digər sahələr üzrə çoxsaylı sənədləri, materialları özündə ehtiva edən Dünya Bankının repozitoriyasıdır.
  1. OECD iLibrary
    https://www.oecd-ilibrary.org
    İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) elektron kitabxanasıdır. Hesabatlar və statistik məlumatların üstünlük təşkil etməsi ilə əksər materiallar ödənişsiz şəkildə əlçatandır.
  1. IZA Institute of Labor Economics
    https://www.iza.org/publications
    Əmək iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşdırılmış, IZA Discussion Papers (IZA Müzakirə Sənədləri) və hesabatlarının toplusudut.
  1. Harvard DASH (Digital Access to Scholarship at Harvard)
    https://dash.harvard.edu
    Репозиторий Гарвардского университета. Содержит множество экономических публикаций.

İqtisadiyyat üzrə çoxsaylı nəşrləri özündə ehtiva edən Harvard Universitetinin repozitoriyasıdır.

 Arzu MƏMMƏDOVA,
 UNEC KİM-in 24/7 Kitabxanasının müdiri