UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş elmi seminar keçirilib

  • 05 may 2025
  • 1

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamenti və Bakı Mühəndislik Universitetinin (BMU)  “Ümumi fənlər” kafedrasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, dosent Gülnarə Rzayeva Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin genişmiqyaslı siyasi fəaliyyəti dövründə hər zaman elmin, təhsiln inkişafına xüsusi diqqət göstərdiyini vurğulayaraq, yeni məktəblərin, ali təhsil müəssisələrinin açılması, beynəlxalq təhsil proqramlarına inteqrasiyanın sürətləndiyini və dünya təhsil sisteminə uyğun yeni islahatların həyata keçirildyini qeyd edib.

BMU-nun “Ümumi fənlər” kafedrasının müdiri Hümeyrə Mustafayeva isə çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik illərinin xronologiyasını xatırladaraq onun bütün dövrlərdə öz xalqının rifahı, yüksəlişi, azad, müstəqil yaşaması üçün gördüyü işlərdən ətraflı danışıb.

Sonra UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri prof. Vəkil Həsənov, kafedranın dosenti Validə Əliyeva, BMU-nun “Ümumi fənlər” kafedrasının professoru Şikar Qasımov, dos. Rabil Mehtiyev və digər əməkdaşlar çıxış edərək, tarixi faktlara istinadla Ulu Öndər Heydər Əliyevin güclü dövlətçilik, güclü iqtisadiyyat, müstəqil Azərbaycan üçün gördüyü işlər, göstərdiyi fədakarlıqlardan bəhs ediblər.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.