UNEC ilə Koreyanın Sejong Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

  • 30 oktyabr 2025
  • 35

Cənubi Koreyanın Sejong Universitetinin nümayəndə heyəti UNEC-də olub.

Səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın dərinləşdirilməsinə dair anlaşma memorandumu  imzalanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov və Sejong Universitetinin vitse prezident Dr. Chung Hun Lee arasında imzalanmış memorandumun məqsədi iki universitet arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlığın, eləcə də tələbə və müəllim mübadiləsinin genişləndirilməsidir.

Səfər çərçivəsində koreyalı nümayəndələr UNEC-in tələbə və müəllimləri ilə görüşüblər. Həmçinin UNEC 3 saylı və əsas tədris binalarındakı laboratoriyalar, kitabxanalar və digər infrastrukturla tanış olublar.