UNEC-in Bloomberg Maliyyə Laboratoriyasının təlimləri uğurla yekunlaşıb

  • 20 fevral 2024
  • 48

UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında (BML) müəllimlər üçün təşkil olunan “Maliyyə” təlimləri uğurla başa çatıb.

BML-nin rəhbəri Səidə Xəlilin təşkilatçılığı ilə başlayan təlimlərin son həftəsində Paşa Bankın Xəzinədarlıq departamentinin Valyuta idarəolunması üzrə baş mütəxəssisi Nicat Hacıyev müəllimlərə maliyyə sektorunda valyuta və əmtəə risklərinin qorunması (hedging) və onların Bloomberg terminalları vasitəsilə hesablanması qaydasını izah edib.