UNEC-in nümayəndə heyəti Bolqarıstanın D.A.Tsenov İqtisadiyyat Akademiyasında görüş keçiriblər

  • 20 dekabr 2024
  • 90

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Bolqarıstanda işğüzar səfərdədilər.

UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova, Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov və Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin mütəxəssisi Fəridə İsmayılova Bolqaristanın Sviştov şəhərində yerləşən D.A.Tsenov İqtisadiyyat Akademiyasında əməkdaşlıq görüşü keçiriblər.

Görüşdə UNEC-in nümayəndələri ilə D.A.Tsenov İqtisadiyyat Akademiyasının Beynəlxalq əlaqələr departamentinin direktoru dosent Marusya Smokova və Turizm İqtisadiyyatı və İdarəetmə departamentinin dosenti Petya Ivanova iştirak ediblər.

Tərəflər arasında universitetlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, hər iki universitetdə mövcud sahələr üzrə tədqiqatların təşviqi və akademik heyət, həmçinin tələbə mübadiləsi imkanları haqqında fikir mübadiləsi aparılıb. Görüş zamanı tərəflər arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması istiqamətində razılıq əldə edilib.

Sonda tərəflər gələcək əməkdaşlıq istiqamətində əlaqələrin daha da gücləndirilməsinin zəruriliyini vurğulayaraq, bu çərçivədə yeni təşəbbüslərin həyata keçirilməsini dəstəkləyəcəklərini ifadə ediblər.

Başqa xəbərlər

22 aprel 2025
UNEC tələbəsinin komandası “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya turunun qalibi olub
15 aprel 2025
UNEC və AƏSMA arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
14 aprel 2025
Yassavi adına Qazax-Türk Universitetində beynəlxalq konfrans keçiriləcək
14 aprel 2025
UNEC-in Zaqatala filialının yataqxanası və idman zalının açılışı olub
11 aprel 2025
UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub