Abdullayeva Adilə Tariyel qızı 1983-cü il avqust ayının 12-də Bakı şəhərində anadan olmuşdur.
2000-ci ildə Bakı şəhəri 129 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra həmin ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 2004-cü ildə bakalavr, 2006-cı ildə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2008-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının doktorantı (qiyabi) olmuş, 2017-ci ildə isə M.Füzuli adına Əlyazmalar İnstitutunda 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında yaradılmış Birdəfəlik Dissertasiya Şurasında “Cəmiyyətdə informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların iştirakı” adlı dissertasiya işini müdafiə etmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 noyabr 2017-ci il tarixli (protokol №29-K) qərarına əsasən tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.