Aida   Quliyeva

Aida Quliyeva

SABAH Mərkəzinin rəhbəri, i.e.n., dosent

Avesis linki

[email protected] 
+(99412) 492 61 81

Quliyeva  Aida  Aydın qızı 1996-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
2001-ci ildə ABŞ-ın Corciya Ştatının Atlanta şəhərində yerləşən Corciya Dövlət Universitetində MBA kurslarında təhsil almışdır.
2005-ci ildə Böyük Britaniyanın Oksford şəhərində yerləşən Oksford Universitetində “post doctoral research“ proqramı üzrə fəaliyyət göstərmişdir.
2009-cu ildə Macarıstanda Azərbaycan səfirliyinin təşəbbüsü ilə Sent İstvan Universitetində (Gödolle şəhəri), Dünya İqtisadiyyatı institutunda (Budapeşt) “Azərbaycan İqtisadiyyatı – problemlər və perspektivlər” mövzusunda mühazirələr oxumuşdur.

Hazırda “Rəqəmsal iqtisadiyyat və tətbiqi informatika” kafedrasının dosentidir.
2014-cü ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzinə rəhbərlik edir.

AR Prezidentinin 2011-ci il 26 sentyabr tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilib.
2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.
2020-ci ildə UNEC-in 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

2018-ci ilin may ayından “Çex sosial elmlər, biznes ve iqtisadiyyat” (“Czech Journal of Social sciences, Business and Economics”) jurnalının və “Beynəlxalq İqtisadi xəbərlər” (“International Economics Letters”) jurnallarının redaksiya heyətinin üzvüdür.