
Eldar Azadov
Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi direktoru, dosent
+(994)12 492-03-20;.18-46 (daxili: 1112)
[email protected]
15 iyun 1954-cü il ildə Zəngilan rayonunda anadan olmuşdur.
1970-ci ildə 2 saylı Zəngilan şəhər orta məktəbini, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin “tətbiqi riyaziyyat” fakultəsini bitirmiş, 1976-1983-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Kibernetika institutunda işləmişdir.
1977-1978-ci illərdə Litva Respublikasının Dövlət Plan Komitəsinin İqtisadiyyat institutunda staj keçmiş, 1980-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika institutunun aspiranturasına daxil olmuş və oxuduğu müddətdə (1981-1983-cü illər) Moskva İdarəetmə İnstitutuna ezam olunmuşdur.
1984-1988-ci illərdə AR Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində, 1988-1991-ci illərdə Bakı Ali Partiya Məktəbində müxtəlif vəzifələrdə işləmiş, 1991-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya institunda baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır.
1999-cu ildən 03.04.2014-cü il tarixə qədər AR Prezideni yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, dekan vəzifələrində çalışmışdır.
3 aprel 2014-cü il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki Mərkəzin direktoru vəzifəsində çalışir.
40-a yaxın elmi məqalənin, o cümlədən, “Oyunlar nəzəriyyəsi” (dərs vəsaiti, 1995), “Bələdiyyələr yerli idarəetmənin təşkilati formasıdır” (1998), “Azərbaycan bələdiyyələri: ilk təcrübə, əsas problemlər və inkişaf perspektivləri” (2004), “Dövlət idarəetməsində islahatlar: nailiyyətlər, problemlər, perspektivlər” (2005), “Dövlət idarəçiliyi: izahlı lüğət” (2006), “Dövlət idarəçilik nəzəriyyəsi” (dərslik, 2010) kimi 6 kitabın müəlliflərindən biridir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.