
Gülənbər Əzizova
İqtisad elmləri doktoru, professor
Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
Əzizova Gülənbər Arif qızı 1989-cı ildə Azərbaycan EA İqtisadiyyat İnstitutuna “Əməyin iqtisadiyyatı” ixtisası üzrə aspiranturaya qəbul olunub.
1994-cü ildə “Azərbaycanın qeyri-istehsal sahəsində məşğulluğun quruluşunun formalaşması və təkmilləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib (elmlər namizədi diplomu – EN № 0331).
2008-ci ildə “Azərbaycanda əmək bazarının tarazlı inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və 2009-cı ildən iqtisad elmləri doktoru diplomu alıb (ED № 01146).
1992-ci – 2001-ci ilədək AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik, böyük, aparıcı və baş elmi işçi vəzifələrində işləyib.
2001-2009-ci illər AMEA İqtisadiyyat İnstitutunun “Əmək bazarı və məşğulluğun sosial-iqtisadi problemləri” şöbəsinin müdiri vəzifəsində işləyib.
2009-cu ildən – 2017 cı ilədək Azərbaycam Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” kafedrasında dosent və professor vəzifələrində çalışıb.
2017 – ci Azərbaycan Dövlət İqtisad Universitetinin Rus iqtisadi məktəbinin “İqtisadiyyat” kafedrasının professoru vəzifəsini icra edib
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının professorudur.
45 elmi əsərin, 3 monoqrafiya, 2 dərs vəsaitin müəllifidir.