
Kəminə Cəbrayılova
Tədris üzrə direktor müavini – UNEC Extern Mərkəzinin direktoru
[email protected]
+(994) 12 492-59-03; 18-46 (daxili: 1123)
Kəminə Cəbrayılova 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Çoxişlənən malların texnologiyası” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “Çoxişlənən malların konstruksiya edilməsi” ixtisası üzrə magistratura səviyyəsini bitirib.
Əmək fəaliyətinə 2007-ci ildə Bakı Qida Sənayesi Kollecində müəllimə olaraq başlayıb.
2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris Metodiki Mərkəzin Qeydiyyat bölməsinin tyutoru, 2016-cı ildən 2021-ci ilin avqust ayınadək Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin Elektron universitet şöbəsinin müdiri vəzifəsində çalışıb.
16.08.2021-ci il tarixdə UNEC Ekstern Tədris Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Hazırda UNEC Rəqəmsal Texnologiyalar departamentinin tədris işləri üzrə direktor müavini, UNEC Extern Mərkəzinin direktorudur.
UNEC-in “Dizayn” kafedrasının müəllimidir (0.5).
2021-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.