Nazilə Axundova Abdul
"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
+(994) 12 492-59-03 (13-24)
1989-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1992-ci ildə “Cənubi Xəzərin fitoplanktonu” mövzusunda tədqiqat işləri aparmış, 1997-ci ildə müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
2018-ci ildən ARETN-nin Mikrobiologiya İnstitutunda elmlər doktoru hazırlığı üzrə dissertantdır.

1989-2003-cü illərdə AMEA-nın “Botanika” İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” kafedrasında baş müəllim, 2004-cü ildən “Ət, balıq və süd məhsullarının texnologiyası”, sonra “Qida məhsullarının texnologiyası” kafedrasında dosent vəzifəsində çalışıb, 2020-ci ildən hazıradək “Mühəndislik və tətbiqi elmlər” kafedrasında dosent vəzifəsində çalışır.
2010-ci il Müəllimlər Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
UNEC-in 90 illik yubileyi münasibətilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə UNEC rektorunun Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının 13 sentyabr 2023-cü il tarixli iclasının 189 saylı Qərarı ilə elmi- metodiki şuranın üzvi vəzifəsinə seçilmişdir.
2022/2023-cü ildə UNEC-də “SOFT SKİLLS” təlimlərində iştirak etmiş və fərqlənmə sertifikatı qazanmışdır.
Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda və simpoziumlarda elmi məqalələrlə çıxış etmiş və müxtəlif diplomlarla təltif olunmuşdur.

Ailəlidir, 1 qızı var.