Nərgiz  Qafarova

Nərgiz Qafarova

fil.f.d., tərcüməçi (rus dili üzrə)

Avesis linki
+(994) 12 440-80-76

fil.ü.f.d. Qafarova Nərgiz Aydın qızı  01.08.1967-ci ildə Bakı şəhərində anadan olub.

1974-1984-cü illərdə Binəqədi rayonu 135 saylı məktəbdə təhsil alıb.

1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub, 1995-ci ildə həmin institutun rus dili və ədəbiyyatı ixtisasını bitirib. 2005-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olub. Mövzu: “Rus poetik nitqində türkizmlər” (rus dilində). 

1994-1996-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inspector, 1996-2001-ci illərdə İqtisad Universitetinin “Rus dili” kafedrasında baş laborant, 2001-2012-ci illərdə “Rus dili” kafedrasında müəllim, 2012-ci ildən həmin kafedrada baş müəllim işləyir. 2017-ci ildən Tərcümə Mərkəzində tərcüməçi (rus dili üzrə) vəzifəsində fəaliyyət göstərir.

Mövzu üzrə məqalə və tezislər AAK-ın təsdiq etdiyi yerli və xarici jurnallarda dərc olunmuşdur.

27 elmi əsərin və 1 dərs vəsaitinin müəllifidir.

2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülmüşdür.