Bakı, H.Əliyev küçəsi, 135 +(994) 12 440-33-67, 441-65-21
1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə orta məktəbi bitirmişdir. 1993-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» fakültəsində «Maliyyə» ixtisası üzrə bakalavr təhsili almışdır. 1999-cu ildə İqtisad Universitetində Magistraturaya daxil olmuşdur. 2000-ci ildə Magistraturanı bitirmişdir.
2000-ci ildə «Bank işi» kafedrasında işləməyə başlamışdır. 2005-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. UNEC-in «Ticarət və gömrük işinin təşkili» kafedrasının dosenti olub. Hazırda «Biznes və logistika» kafedrasının dosentidir. Ailəlidir, üç övladı var.