Nizami  İsmayılov  Seyfi

Nizami İsmayılov Seyfi

URTD-də şöbə müdiri

Avesis linki

nizami.ismayilov@unec.edu.az
+(994) 12 492-59-03; (daxili: 1212)

İsmayılov Nizami Seyfi oğlu 6 sentyabr 1977-ci ildə Şəmkir rayonu Təzəkənd kəndində anadan olub.

1984-cü ildə Şəmkir rayonu Kür qəsəbəsi 1 nömrəli orta məktəbə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsi “Riyaziyyatçı, proqramçı, riyaziyyat və informatika müəllimi” ixtisası üzrə bakalavr pilləsini bitirib.

1999-2001-ci illərdə leytenant rütbəsində tağım və batareya komandiri əvəzi vəzifələrində hərbi xidmət keçib.

2002-2005-ci illərdə Sumqayıt Dövlət Universitetinin “İnformatika və hesablama tex­ni­kası” fakültəsi “Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2011-ci ildə AMEA  Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunun dissertanturasına qəbul olub. 2022-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını müdafiə edərək, AAK-nın 19 May 2023-cü il tarixli qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

1997-ci ildə 3-cü kursda oxumaqla bərabər AMEA Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri institutu) “Sosial-iqtisadi proseslərin modelləşdirilməsi” bölməsində yarın ştat laborant, 1998-ci ildən universiteti bitirdikdən sonra tam ştat laborant və attestasiyadan keçərək 20.10.1998-ci il tarixdən kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1999-2001-ci illərdə leytenant rütbəsində tağım və batareya komandiri əvəzi vəzifələrində hərbi xidmət keçmişdir. 26 yanvar 2001-ci ildə xidməti borcunu başa vurduqdan sonra yenidən instituta qayıdaraq, 1 fevral 2001-ci il tarixindən kiçik elmi işçi vəzifəsinə bərpa olunmuşdur. 1 avqust 2002 -ci ildən 11-ci dərəcəli elmi işçi və 1 noyabr 2005-ci ildən 12-ci dərəcəli elmi işçi vəzifələrində çalışmışdır.

2001-2003, 13 saylı Peşə Litseyi:  İnformatika müəllimi
2003-2007, Bakı Avrasiya Universiteti:  Kompüter Mərkəzinin Direktoru və müəllimi
2013-2014, Azərbaycan Turizm institutu: Ekonometrika, mikriqtisadiyyat müəllimi
2013-2014, Azərbaycan Universiteti: İnformasiya texnologiyaları müəllimi
2013-2014, Dövlət İdarəçilik Akademiyası: İnformasiya texnologiyaları müəllimi
2015-2016, ADİU: Biznes Statistikası, Qlobal mühitdə biznes müəllimi
2016-2017, ADİU: İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin   direktor müavini
2017-2018, ADİU: Elektron İdarəetmə Mərkəzinin direktor müavini
2019-2025, ADİU: UNEC Rəqəmsal texnologiyalar departamentinin İnformasiya texnologiyalarına dəstək şöbəsinin müdiri

Sertifikat:       1) Təhsil Problemləri İnstitutunda İnformatika fənni üzrə hazırlıq kursu, Azərbaycan Respublikası Təhsil Nazirliyi 2001; 2) “Mimio İnteraktif Tahta” Ekperti sertifikatı, CG Eğitim Teknolojileri, Istanbul 2012; 3) LCD Television, Smart Phones and İnteractive Boards - Vestel Customer Services Manisa, Turkey, 2016;  4) “Soft Skills” təlim proqramı, UNEC, Bakı, 2022;  5) “Ekonomertika” təlim proqramı, UNEC, Bakı, 2024 

                            

İnformasiya Texnologiyaları sahəsi üzrə bilik və bacarığı:     

Sistemlər: Windows XP - Windows 11.
Sistem daxili alt proqramlar: Microsoft Office/ CorelDraw/ Photoshop/AutoCAT/Eviews

Proqramlaşdırma: Delphi. 

Servis işləri: Dizayn işləri, lokal şəbəkənin yaradılması, kompüter və çap qurğularının servisi, video müşahidə kameralarının qurulması və servisi, ağıllı lövhələrin servisi, elektik avadanlıqları və elektronika, alternativ enerji mənbələrinin qurulması və s. 


Ailəlidir, dörd övladı var.