Nuriyyə  Qarayeva Hüseyn

Nuriyyə Qarayeva Hüseyn

Tələbə İşləri Mərkəzinin baş mütəxəssisi

Avesis linki
Garayeva-Nuriyya@unec.edu.az  
qarayeva.nuriyya@gmail.com
012-492-59-03 (1010)

Bakı, İstiqlaliyyət küçəsi, 6 (UNEC-in əsas tədris binası)

03.04.1989-cu ildə Bakı şəhərində anadan olub. 

2011-ci ildə Azərbaycan Dillər Universitetinin Fransız dili müəllimi ixtisası üzrə bakalavr;
2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə əlavə təhsil;
2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes məktəbinin Biznesin təşkili və idarə edilməsi ixtisası, Menecment ixtisaslaşması üzrə magistr pilləsini “Kiçik və orta müəssisələrdə idarəetmə prosesinin təkmilləşdirilməsi” adlı dissertasiya işi ilə müdafiə edərək bitirmişdir.

2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi şöbəsinin operator-kargüzarı, 2016-cı ildən isə həmin şöbənin korrektoru vəzifələrində çalışmışdır. 2022-ci ildən UNEC-in Tələbə İşləri Mərkəzinin Bir Pəncərə şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin vəzifədə çalışır.

2021-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin “Azərbaycanın Vergi Jurnalı”nın (AVJ) və “UNEC Expert” Jurnalının korrektoru vəzifələrində çalışır.

2022-ci ildən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində İmtahan nəzarətçisi vəzifəsində çalışır.

Məqalələri:

1.     “The Role and Conceptual Foundations of “One-Window” Service in Higher Education: The Case of UNEC” (2024, XII, grade VII, number)

“Ali təhsil sektorunda Bir Pəncərə xidmətinin rolu və konseptual əsasları: UNEC nümunəsində” adlı məqaləsi Macarıstanın nüfuzlu Dunaujvarus Universiteti tərəfindən nəşr edilən "Dunakavics" jurnalının 12-ci sayında dərc edilmişdir.

http://dunakavics.uniduna.hu

 

2. 12-14 iyun 2025-ci il tarixlərində İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransında “Dairəvi İqtisadiyyat və Dayanıqlı Ekosistem Modelinin İstehsal Müəssisələrinin İdarəetmə Səviyyəsində Tətbiqi” mövzusunda məqalə ilə çıxış etmişdir.

2016-cı ildə universitetdə səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla;
2023-cü ildə UNEC MİNAHACK hakatonunun keçirilməsində göstərdiyi təşkilati dəstəyə görə Təşəkkürnamə ilə;
2024-cü il tarixində UNEC Günü ilə əlaqədar universitet həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə;
2025-ci ildə Əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiyinə görə və UNEC-in 95 illik yubileyi münasibətilə Təşəkkürnamə ilə təltif edilmişdir.
Subaydır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

1.     13.11.2024-23.11.2024-cü il tarixlərində Bakı KOB İnkişaf Mərkəzində Təlimçi Bəhlul Eyvazlı tərəfindən keçirilmiş 5 təlimdən ibarət “Təhlükəsiz Biznes: Rəqəmsal Dünyada Kibertəhlükəsizliyə giriş” adlı təlimdə iştirak etdiyinə görə sertifikat əldə etmişdir.

2.     30.11.2024-cü il tarixində Bakı Dövlət Universitetində “Gənc Liderlər” adlı Forumda iştirak etmişdir.

3.     15.12.2024-cü il tarixində GlobalSoft Academy tərəfindən təşkil edilmiş “Proqramlaşdırmaya haradan və necə başlayaq?” adlı seminarda iştirak etmişdir.

4.     18.02.2023-cü il tarixində Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilmiş “Özün öz həyatının kouçu ol” mövzusunda keçirilmiş təlimdə iştirak etdiyinə görə sertifikat əldə etmişdir.

5.     12.10.2022-14.10.2022-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Yıldız Teknik Universiteti (Türkiyə), AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin (Türkiyə) birgə təşkilatçılığı ilə təşkil olunmuş Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda keçirilmiş UNEC-in "Liderlik, Texnologiya, İnnovasiya və Biznes Menecmenti" adlı 10-cu Beynəlxalq Konfransında İşçi qrupunun üzvü kimi iştirak edərək sertifikat əldə etmişdir.

6.     16.11.2023-17.11.2023-cü il tarixlərində “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda III beynəlxalq konfransın Təşkilat komitəsinin üzvü və “Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat, iqtisadi və sosial inkişafın əsas mühərriki kimi” adlı bölmə iclasının katibi kimi konfransda iştirak etmişdir.

7.     03.10.2024-cü il tarixində “Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda Təşkilat komitəsinin üzvü kimi iştirak etmişdir.

8.     07.02.2024-cü il tarixində 7 saylı Səbail rayon seçki dairəsinin 35 saylı seçki məntəqəsində təşkil edilmiş növbədənkənar prezident seçkilərində məşvərətçi səs hüquqlu üzv kimi iştirak etmişdir.