
Rəna Hüseynova
Şöbə müdiri
Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 105)
+(994) 12 492-57-31
[email protected]
[email protected]
23 avqust 1974-cü ildə Sumqayıt şəhərində anadan olub.
1981-ci ildə Sumqayıt şəhər 28 saylı orta məktəbə daxil olub, 1991-ci ildə isə Sumqayıt şəhər 33 saylı orta məktəbi bitirib.
1991-ci ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinin “Menecment” ixtisasına daxil olub və 1996-cı ildə bitirib.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi informasiya sistemləri və texnologiyaları” kafedrasında böyük laborant vəzifəsində işə başlayıb.
2010-cu ildən “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında saathesabı ilə dərs yükü yerinə yetirib. Bir müddət əmək müqaviləsi ilə müəllim vəzifəsində çalışıb. UNEC-in“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın 0,5 ştat əvəzçiliklə baş müəllimi vəzifəsinə keçirilib.
2012-ci ildən UNEC-in dissertantıdır.
21 yanvar 2019-cu ildə Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinə şöbə müdiri vəzifəsinə təyin olunub. Hazırda UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiridir.
“Rəqəmsal iqtisadçı” tələbə elmi dərnəyinin rəhbəridir.
Azərbaycanda və xaricdə ümumilikdə 10 məqaləsi və 21 tezisi çap olunub.
1 dərs vəsaitinin, 1 metodik vəsaitin və 3 fənn proqramının həmmüəllifidir.
2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülüb.
Ailəlidir, iki oğlu var.