Ruhiyyə Əliyeva Oqtay

Ruhiyyə Əliyeva Oqtay

"Tətbiqi iqtisadiyyat" kafedrasının müəllim

Avesis linki
Bakı, Həsən Əliyev, 135 (II Tədris binası)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
1976-cu ildə Qazax şəhərində anadan olub.
1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun bakalavr, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq biznes” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
1999-cu ildən 2016-cı ilə kimi universitetin “Politologiya” və “Beynəlxalq iqtisadiyyat (ingilis dilində)” kafedralarında böyük laborant vəzifəsində, 2016 –  2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbində mütəxəssis və bölmə rəhbəri vəzifələrində çalışıb.
2021-ci ildən UNEC-in  Rus iqtisad məktəbinin “İqtisadiyyat ” kafedrasında müəllim vəzifəsində çalışır.

Müxtəlif təlimlərdə iştirak edərək sertifikatlar alıb. Respublika  və beynəlxalq elmi konfranslarda məruzə ilə çıxışlar edib. 2017-ci ildə UNEC-də keçirilən “Elm Aylığı” çərçivəsində doktorantlar arasında keçirilən məqalə  müsabiqəsində 1-ci yerə layiq görülüb.