
Səbinə Əliyeva
Tərcümə Mərkəzinin kargüzar-operatoru
Əliyeva Səbinə İlham qızı 1984-cü il avqustun 17-də Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Yasamal rayonu 153 saylı orta məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dillər Universitetinin Filologiya Alman dili fakültəsinə daxil olmuş, 2004-cü ildə oranı bitirmişdir. 2006-ci ildə isə Dilşünaslıq (alman dili) ixtisas üzrə magistr dərəcəsi almışdır.
2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində laborant vəzifəsində çalışmışdır. 2016-ci ildən Tərcümə Mərkəzində kargüzar-operator vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.