Vüsalə Səttarova Məhəmmədəli
Tələbə İşləri Mərkəzinin böyük mütəxəssisi
+(994) 12 492-52-45
Bakı, İstiqlaliyyət küçəsi, 6 (UNEC-in əsas tədris binası, I mərtəbə, otaq 106, 107)
1981-ci il aprelin 4-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın tənzimlənməsi" fakültəsində bakalavr dərəcəsi almışdır. 2005-ci ildə həmin universitetin magistratura pilləsini "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildən Azərbaycan Dövlət iqtisad Universitetinin Tələbə işləri mərkəzinin Tələbə şöbəsində böyük mütəxəssis vəzifəsində çalışır.
Universitetdə çalışdığı müddətdə Soft Skills təliminin sertifikatını əldə etmişdir.
Ailəlidir, üç övladı var.