Xalidə  Quliyeva Yadigar

Xalidə Quliyeva Yadigar

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti

Avesis linki
Bakı, Murtuza Muxtarov 194 (III Tədris binası)
+(99412) 492 59 03 (13-20)
11.10.1950-ci ildə Beyləqan rayonunda anadan olub.
1967-ci ildə orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Kimya texnologiya fakültəsini bitirib.
1973-cü ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis, 1974-cü ildən Neft Kimya Prosesləri İnstitutunda, 1986-cı ildən Qeyri-üzvi və Fiz-kimya İnstititutunda elmi işçi vəzifəsində çalışıb.
1989-cu ildən həmin institutun dissertantı olub, 1994-cü ildə namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi alıb.
1997-ci ildən Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitututunda, 2000-ci ildən Azərbaycan Dövlət İqtisadi Universitetində dosenti olub.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

İki övladı var.