yagut.bakhshiyeva@unec.edu.az
+(994) 12 492-59-03 (1124)
Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)
1995 - Plan-iqtisad texnikumu - “Xalq təsərrüfatı sahələrinin iqtisadiyyatı və planlaşdırılması” ixtisası
2007 - Azərbaycan Dövlət İqtisad Universiteti - “Kommersiya” fakültəsində “Mühəndis iqtisadiyyatı və idarəetmə” istiqaməti, “Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi” ixtisası
2015 - Distant, qiyabi və əlavə təhsil mərkəzi - Yenidənhazırlama təhsili üzrə “Maliyyə” ixtisası
2000-2002-ci illərdə Ədliyyə Nazirliyinin baş idarəsində “Cəmiyyət və cəza” jurnalının redaksiyasında operator-kargüzar, 2002-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” fakültəsində operator-kargüzar vəzifələrində çalışıb.
2005-2015-ci illərdə Magistratura mərkəzində inspektor, 2015-ci ildən Maliyyə və təminat departamentinin “Təhsilalanlarla hesablaşmalar və bank əməliyyatları” şöbəsində mühasib, 2018-ci ildən aparıcı mühasib və 2021-ci ildən həmin şöbənin müdiri vəzifəsində işləyir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 2011-ci ildə Həmkarlar İttifaqı işində yaxından iştirakını və Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illiyini nəzərə alaraq “Fəxri Fərman” ilə təltif edilib.
2024-cü ildə “UNEC günü” ilə əlaqədar universitet həyatında fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif edilib.
2025-ci ildə Əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiyinə görə və UNEC-in 95 illik yubileyi münasibətilə “Fəxri fərman” ilə təltif edilib.