UNEC-in Şahmat komandası dəfələrlə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən unuiversiadalarda, spartakiadalarda və birinciliklərdə mükafatçılar sırasında olmuşdur. 2024-cü ildə Elm və Təhsil Nazirliyinin və Azərbaycan şahmat federasiyasının
təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş, ali təhsil müəssisələri arasında keçirilən Şahmat yarışında UNEC Şahmat komandası şəxsi hesabda II yerə layiq görülmüşdür.