Tədbirlərin texniki təminatı bölməsi

Tədbirlərin Texniki Təminatı Bölməsi universitetdə keçirilən bütün tədbir, iclas, konfrans, seminar və təqdimatların yüksək səviyyədə təşkil olunması üçün zəruri olan texniki infrastrukturun təmin edilməsinə cavabdehdir. Bölmə tədbirlərin fasiləsiz, peşəkar və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün audio-vizual, səs, 

işıqlandırma və digər texniki sistemlərin idarə olunmasını təmin edir. Bölmə universitetdə keçirilən bütün tədbirlərin yüksək keyfiyyətlə baş tutması üçün peşəkar texniki dəstək göstərərək, akademik və inzibati fəaliyyətlərin effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır.

Bölmənin fəaliyyət istiqamətləri:

Tədbir məkanlarının texniki avadanlıqlarla (projektor, LED ekran, səs sistemi, mikrofon, kamera və s.) təmin edilməsi və sazlanması; İclasların, təqdimatların və onlayn/hibrid formatlı tədbirlərin texniki dəstəyinin həyata keçirilməsi; Səs və görüntü avadanlıqlarının idarə edilməsi, rejissorluq və canlı yayımların təşkili; Texniki nasazlıqların 

*
operativ aradan qaldırılması və tədbir müddətində fasiləsiz xidmət göstərilməsi; Tədbirlər üçün tələb olunan avadanlıqların planlaşdırılması, rezervasiyası və koordinasiyası; Foto və video çəkilişlərin təmin edilməsi (tələb olunduğu hallarda); Texniki avadanlıqların inventarlaşdırılması və etibarlı saxlanması.

telefon: +994 (012) 492-59-03 (1179)

e-mail: Vadim_Aliyev@unec.edu.az