UNEC Stolüstü tennis komandası 2014-2025-ci illərdə dəfələrlə “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şürasının, Azərbaycan Respublikası Gənclər və İdman, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsi ali təhsil müəssisələrinin tələbələri arasında keçirdiyi
universiadalarda, spartakiadalarda I-II və III yerlərə layiq görülmüşdür. 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XV Respublika Universiadasında, "UNEC Stolüstü tennis" komandası 18 Ali məktəb arasında I fəxri yerə layiq görülmüşdür.