Voleybol Klubu

UNEC-in qızlardan və oğlanlardan ibarət voleybol komandası
2014-cü ildən fəaliyyət göstərir. Son illərdə UNEC Voleybol
Komandası heyətini gücləndirib.
Belə ki, komandaya ABŞ-dan
üç, Ukrayna, Belarus və Bolqarıstanın hər birindən bir legioner
idmançı dəvət olunub. Komandanın baş məşqçisi təcrübəli
italiyalı məşqçi Covanni Torçioyadır.

Dünyanın aparıcı universitetlərinin idman təcrübəsini nəzərə alaraq, UNEC universitet idmanı sahəsində də qlobal arenada öz mövqeyini möhkəmləndirmək niyyətindədir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu mövsümdə qadın voleybol komandası ilə Yüksək Liqada təmsil olunur. 

Komandanın uğurları. 2018-2024-cü illərdə UNEC-in tələbə qızlardan ibarət voleybol komandası "Azərbaycan Çempionatı
I liqa" oyunlarını yüksək nəticə ilə başa vuraraq 1-ci fəxri yerə layiq görülmüş, daha sonra isə Super Liqa oyunlarında iştirak etmişdir.

2025-ci ilin noyabrında Azərbaycan Yüksək Liqasında qadın voleybolçular arasında III turun oyunu keçirilib. UNEC Voleybol komandası “Azərreyl” üzərində 3:0 hesabı ilə qələbə qazanıb. 
Görüş UNEC-in idman zalında baş tutub.